Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:03

-
Şəkidə 32 yaşlı qadının intihara cəhd etdiyi bildirilir.

Şəki rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən xəbərə görə, bu gecə saat 02:40 radələrində rayonun Böyük Dəhnə kənd sakini, 32 yaşlı Xeyrənsə Paşayevə hər iki qolun bilək nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya daxil olub. Onun yaşadığı evdə intihar etmək məqsədilə kəsici alətlə hər iki qolunun bilək nahiyəsini kəsdiyi deyilir. X.Paşayevaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Hadisənin səbəbi barədə açıqlama verilməyib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG