Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:08

-

Türkiyədə partlayıcılar dolu maşın polis məntəqəsinə çırpılıb, bir neçə nəfər yaralanıb. Türkiyə rəsmiləri hadisənin ölkənin cənub-şərqində baş verdiyini bildirir, dövlət mediası isə bunu kürd yaraqlılarının törətdiyi “terror hücumu” adlandırır.

Anadolu dövlət agentliyinin məlumatına görə, aprelin 11-də PKK-ya bağlı “terrorçular” əsasən kürdlərin yaşadığı Diyarbakir regionunda Hani şəhərində hücum təşkil ediblər. Yaralılar hərbi hospitala götürülüb.

Reuters agentliyi bəzi mənbələrə əsasən bir əsgərin öldüyünü, 20 nəfərin yaralandığını yazır.

Ötən iyuldan Türkiyənin cənub-şərqində zorakılıq artıb. Hökumətlə kürd yaraqlıları arasında sülh prosesi iflas edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG