Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:30

-

Məhkəmə-Hüquq Şurasının aprelin 11-də keçirilən toplantısında hakimlərin yol verdiyi nöqsan və çatışmazlıqlar müzakirə edilib. Bu haqda şuranın saytı xəbər verir.

Xəbərə görə, toplantıda bir sıra hakimlərin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onların fəaliyyəti müzakirə edilib. Yol verilən nöqsan və çatışmazlıqlar onların nəzərlərinə çatdırılıb.

Toplantıda hakim kadrlarından daha səmərəli istifadə edilməsi üçün onların iş yerlərinin dəyişdirilməsinə dair təkliflər hazırlanıb. Şura həmçinin, qanunvericiliyin tələblərini pozan hakimlərin fəaliyyətini də müzakirə edib. Müzakirələr sonunda Hacıqabul Məhkəməsinin hakimi Həmid Əzizova irad tutulub, 3 hakim barədə isə intizam icraatları başlanıb.

İntizam icraatının sonunda hakimə irad tutula, iş yeri dəyişdirilə, ən sərt halda isə onun hakimlik statusu əlindən alına bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG