Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:22

-

Beynəlxalq Bankın səhmdarlarının pay bölgüsü dəyişib. Dəyişiklik bankın nizamnamə kapitalındakı qeyri-dövlət müəssisələrinin və fiziki şəxslərin payının azalması hesabına baş verib.

APA-nın xəbərinə görə, Maliyyə Nazirliyinin bankdakı iştirak payını 51,07-dən 54,96 faizə qədər artıb. Bunun qarşılığında nizamnamə kapitalında qeyri-dövlət müəssisələrinin iştirak payı 10,11-dən 8,49 faizə, fiziki şəxslərin payısa 38,82-dən 36,55 faizə enib.

Beynəlxalq Bankın nizamnamə kapitalı 641 milyon manatdan çoxdur.
Ötən il ölkədə Beynəlxalq Bank ətrafında böyük qalmaqallar yaşandı.
Bu bankdan kredit götürüb qaytarmaqda ittiham edilən bir çox iş adamları Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq günlərlə orada saxlanılırdılar.

Beynəlxalq Bankdan kredit götürüb qaytarmamağa görə, bir çox iş adamı həbs edilib, bəziləri isə axtarışa verilib. Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev də hazırda həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG