Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:38

Gürcüstanın separatçı bölgəsi Cənubi Osetiya Rusiyaya birləşməklə bağlı referendum keçirmək istəyir.

Məlumata görə Cənubi Oİseiya rəhbərliyi bu ilin avqustunadək belə bir referendum keçirməyi planlaşdırır.

Bunu Tass agentliyinə Cənubi Osetiya lideri Leonid Tibilov deyib.

Qeyd edək ki, Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG