Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:45

-

Bakıda Cənubi Afrika Respublikası vətəndaşının intihar etdiyi bildirilir.

Hadisə Badamdar yolu 121 ünvanda yerləşən 3 mərtəbəli fərdi yaşayış evində baş verib.

APA-nın xəbərinə görə, göstərilən ünvanda kirayədə yaşayan 38 yaşlı Remadje Moarom Nikolenin asılmış meyiti aşkarlanıb. İki uşaq anasının ölümünün səbəbi bəlli deyil.

Həmin qadının ərinin Azərbaycanda fəaliyyət göstərən özəl neft şirkətlərindən birində məsul vəzifədə çalışdığı bildirilir.

Faktı Səbail prokurorluğu araşdırır.

Aprelin 11-də Bakıda daha 3 nəfərin intihar etdiyi bildirilirdi. Süleyman Tağızadə küçəsi, 39/11 ünvanında yerləşən binanın üstündən naməlum bir qadının özünü atdığı deyilirdi. Bundan başqa Suraxanı rayonunda 19 yaşlı Orxan Muxtarovun və 30 yaşlı Həsən Bünyatovun özünü asdığı bildirilirdi .

Günün bütün mövzuları

XS
SM
MD
LG