Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Almaniyalı futbolçu İlkay Gündoğan yeni mövsümdən İngiltərənin Premyer Liqasında oynaya bilər.

"Sky Sports"un məlumatına görə "Borussiya" və Almaniya millisinin üzvü ilə "Mançester Siti" klubu maraqlanır.

Məlumata görə, "Mançester Siti" Dortmund klubuna bunun üçün 35 milyon avro təklif edib.

Amma "Borussiya" 45 milyon avro tələb edir.

Hələlik "Mançester Siti" buna münasibət bildirməyib.

Agentliklərin məlumatına görə , 2011-ci ildən "Borussiya"da oynayan Gündoğan klubla müqaviləni yeniləməkdən imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG