Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:54

Qarabağda sülhə çağırış


-

“Dağlıq Qarabağda hərbi əməliyyatların genişlənməsi iki ölkə arasında münaqişənin sülh, ədalət və bərabərlik prinsipləri əsasında təcili həllini ön plana çıxarır. Bu da sizin ölkələrə sülh şəraitində yaşamaq imkanı verəcək”.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti təşkilatlarına müraciətində belə deyilir.

APA-nın xəbərinə görə, müraciətdə bildirilir ki, qonşular arasında sülh uzunmüddətli münaqişələri uğurla həll edən Avropa Birliyinin əsas məqsədlərindən biridi.

“Sizə müraciət edirik ki, regionda sülh üçün işləyən və indi buna daha çox ehtiyacları olan vətəndaş cəmiyyəti təşkilatlarına dəstəyinizi gücləndirəsiniz. Həmçinin biz Avropa Birliyi və bu qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin sülh səylərini dəstəkləyəcək yollar axtarmalıyıq. Biz bu münaqişəni nizamlamaq üçün dialoqa getməyə və hökumətlərinizi bu dialoqa təkan verməyə çağırırıq. Vətəndaş Cəmiyyəti Forumu sizi bütün səylərinizdə dəstəkləyəcək” - deyə müraciətdə vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG