Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:42

Lavrov bir daha Qarabağda atəşkəsə çağırıb


Switzerland -- Swiss President and OSCE Chairperson-in-office Didier Burkhalter (L) welcomes Russian Foreign Minister Sergei Lavrov at the opening of an OSCE ministerial meeting in Basel, December 4, 2014

Switzerland -- Swiss President and OSCE Chairperson-in-office Didier Burkhalter (L) welcomes Russian Foreign Minister Sergei Lavrov at the opening of an OSCE ministerial meeting in Basel, December 4, 2014

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bir daha Dağlıq Qarabağda münaqişə tərəflərini atəşkəsə əməl etməyə çağırıb.

Lavrov belə bir bəyanatla aprelin 11-də Moskvada isveçrəli həmkarı Didie Burkalte (Didier Burkhalter) ilə keçirdiyi birgə mətbuat konfransında çıxış edib.

“Biz Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsidən narahatıq. Biz tərəfləri əldə etdikləri təcili atəşkəs razılaşmasına əməl etməyə və bu razılaşmanı pozmamağa çağırırıq. Əlbəttə biz siyasi sahədə bu çətin münaqişənin həlli istiqamətində müsbət addımlar görmək istəyirik”,deyə o vurğulayıb.

Qeyd edək ki, aprelin 2-dən 5-dək Dağlıq Qarabağ cəbhəsində gedən hərbi toqquşmalarda hər iki tərəfdən onlarla adam həlak olub.

Liderlər Moskva görüşündə Ukrayna münaqişəsini də müzakirə ediblər.

Lavrov deyib ki, biz bu münaqişənin həllində ATƏT-in səylərini dəstəkləyirik və burda İsveçrənin çox böyük rolu olub.

O, qeyd edib ki, Moskva Ukrayna ilə bağlı yol xəritəsini dəstəkləməyə hazırdır, amma təəssüf ki, ATƏT-dəki bir sıra digər tərəfdaşların başqa planları oldu.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG