Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 14:38

"Boko Haram" qızları buraxmağa 50 milyon istəyir


 Boko Haram-ın lideri Abubakar Shekau əlində bayraq

Boko Haram-ın lideri Abubakar Shekau əlində bayraq

Nigeriyadakı "Boko Haram" terror təşkilatı( 2015-ci ildən adı "İslam Dövlətinin Qərbi Afrika Vilayəti"dir) əsir aldığı məktəbli qızları 50 milyon dollar müqabilində buraxmağa razıdır. Bunu Britaniyanın Teleqraph qəzeti öz mənbələrinə istinadla yazır.

Boko Haram 2014-cü il aprelin 14-də 276 məkəbli qızı oğurlamışdı, sonra onlardan bəziləri qaça bildi. Hazırda 219 qızın yeri məlum deyil.

Boko Haram 2002-ci ildə Nigeriyada yaradılıb. Adının mənası - "Qərb təhsili haramdır"- deməkdir. Keçən ildən İslam Dövləti qruplaşmasının bir bölməsinə çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG