Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:29

AZAL Gəncə-Naxçıvan reysi açır


AzAL
AzAL

-

AZAL mayın 15-dən etibarən Gəncədən Naxçıvana müntəzəm reyslərə başlayacaq.

Hava yolları şirkətinin yaydığı məlumata görə, Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa uçuşlar həftədə 4 dəfə-bazar ertəsi, çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Uçuşlar günorta saatlarında olacaq.

Gəncədən Naxçıvana müntəzəm reyslərin uçuş müddəti saat yarım olacaq. Şirkət bunu uçuşun münaqişə zonasından yan keçməklə təhlükəsiz ərazilər üzərindən həyata keçirilməsi ilə izah edib. Marşrut üzrə bir tərəfə aviabiletin qiymətini 60 manatdır.

XS
SM
MD
LG