Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:34

Rusiyalı iki fəal qar üzərində kosmonavt Yuri Gagarinin nəhəng portretini yaradıblar.

Nəhəng, amma uzunömürlü olmayan portret Ryazan vilayətindəki donmuş Vilyo gölünün üstündə yaradılıb.

Portretin müəllifləri Aleksey Busarovla Oleg Butskiy peyk qrafikasından istifadə edib, onu naviqasiya cihazı və kürəyin köməkliyi ilə yaradıblar.

Onlar zəhmətlərinin nəticəsini, işi bitirdikdən sonra kopter vasitəsi ilə çəkdikləri fotolarla görə biliblər.

Fəallar portreti insanın kosmosa ilk uçuşunun ildönümünə həsr ediblər.

Kosmonavt Yuri Gagarin 1961-ci il aprelin 12-də 27 yaşında “Vostok” raketi ilə ilk dəfə orbitə çıxıb.

Həmin gündən bu adı bütün dünya tanıdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG