Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:49

-

Aprelin 11-i səhər metronun «Koroğlu» stansiyasının qarşısında böyük sıxlıq yaranıb.

«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyəti bu məsələyə münasibət bildirib.

«Trend»in xəbərinə görə, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, «Koroğlu» stansiyasının girişində yaranan sıxlığa təhlükəsizlik tədbirlərinin gücləndirilməsi səbəb olub.

N.Paşayev qeyd edib ki, həftənin ilk iş günü olduğundan, həmin istiqamətdə pik saatlarda sərnişinlərin sayı çox olur: «Təhlükəsizlik tədbirləri gücləndirildiyindən sərnişinlər ciddi yoxlanılır və bu da qismən sıxlığa səbəb olub».

Aprelin 2-də Qarabağ cəbhəsində əməliyyat başladıqdan sonra Bakı metrosunda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi deyilir.

XS
SM
MD
LG