Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:57

-

İntensiv yağışlar ölkədə mövcud olan sürüşmə zonalarında aktivliyə səbəb olub. Bu isə bəzi magistral yollarda ciddi təhlükəli vəziyyət yaradıb.

«Trend»in xəbərinə görə, bunu Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

E.Əlizadənin bildirməsinə görə, hazırda ən təhlükəli durum Bakı-Şamaxı yolunun 102-103 və 116-117-ci kilometrliyində olan hissələrdir. Habelə Şamaxı rayonunun Muğanlı kəndindən başlayaraq, Ağsu aşırımının başlanğıcına qədər olan ərazidə sürüşmə baş verir.

Sürüşmə sahələrinin getdikcə böyüyəcəyini deyən E.Əlizadənin deməsinə görə, magistral yollarda bunun qarşısını almaq üçün drenaj sistemi yaradılmalı, yolun kənarlarında bitki örtüyü salınmalıdır.

Bakı-Şamaxı yolu yenidən çəkilərək 2009-cu ildə istifadəyə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG