Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:23

-

ABŞ Dövlət katibi John Kerry aprelin 11-də Yaponiyada Hiroşima memorialına tarixi səfər edib.

Beləliklə, Kerry Hiroşima Sülh Parkına səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi olub.

Kerry, Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya xarici işlər nazirləri ilə birlikdə muzeyi gəzib, Hiroşima bombardmanı qurbanlarının xatirəsinə gül düzüb.

Nazirlər Hiroşimaya Böyük Yeddiliyin toplantısına gəliblər.

1945-ci il, avqustun 6-da ABŞ-ın B-29 bombardmançısı bu şəhərə 15 kilotonluq atom bombası atıb, 80 min nəfər dərhal həlak olub. İkinci bomba isə 3 gün sonra Naqasaki şəhərinə atılıb. Bununla da 2-ci Dünya Müharibəsi başa çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG