Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:52

Otellərə valyutadəyişmə səlahiyyəti verilə bilər


Bakıda bağlanmış valyutadəyişmə məntəqələri, arxiv fotosu

Bakıda bağlanmış valyutadəyişmə məntəqələri, arxiv fotosu

-

Banklar Assosiasiyası yeni təkliflə çıxış edib. Təklif otellərə valyuta dəyişmə səlahiyyəti verilməsindən gedir. Xezerxeber.com saytının yazdığına görə, Banklar Assosiasiyasından bildiriblər ki, artıq təklif Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edilib. Qısa zamanda bu məsələnin öz həllini tapacağı gözlənilir.

Novruz bayramı ərəfəsində bankların uzun müddət işləməməsi ciddi bir problemi üzə çıxarmışdı. Azərbaycana gələn turistlər dolları manata çevirmək üçün valyutadəyişmə məntəqəsi tapmadığından "qara bazar"lara üz tutmuşdular. Orada isə alverçilər dolları xeyli aşağı qiymətə dəyişərək əcnəbilərin narazılığına səbəb olmuşdular.

Günün bütün mövzuları

XS
SM
MD
LG