Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:44

-

Yəməndə şiəməzhəb husi yaraqlıları və hökuməti dəstəkləyən Səudiyyə koalisiyası aprelin 10-da gecəyarısı qüvvəyə minmiş atəşkəsə əməl edəcəyini bildirir.

Koalisiya yaydığı bəyanatda vurğulayıb ki, Prezident Abd-Rabbu Mansour Hadi-nin tələbiylə atəşkəsə hörmət göstərəcək, ancaq istənilən hücuma “cavab vermək hüququ”nu saxlayır.

Hökuməti devirməyə çalışan, İranın dəstəklədiyi husilərin sözçüsü isə bildirib ki, üsyançılar istənilən hücumu cavabsız qoymayacaqlar.

Tərəflərin bir ildən çoxdur apardığı müharibədə 6 mindən çox insan həlak olub.

Bu ay Küveytdə münaqişənin bitirilməsi məqsədilə danışıqlar keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG