Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:48

-

VLADIMIR NABOKOV

V.Nabokov

V.Nabokov

1950-i illərdə V.Nabokov "The Paris Review" dərgisinə demişdi ki, ən yaxşı ədəbiyyatın bu əsərlər olduğunu düşünür:

J.Joyce. Ulysses

F.Kafka. Çevrilmə

Andrey Belıy. Peterburq

M.Proust “İtmiş zamanın sorağında” əsərinin birinci yarısı

RAY BRADBURY

Ray Bradbury

Ray Bradbury

R.Bradbury 83 yaşı olanda verdiyi müsahibəsində deyir:

"George Bernard Shaw'nun seçilmiş əsərləri insanlığn yüz il və hətta daha artıq müddətdə əxz etdiyi ağlı ehtiva edir.

Loren Eisley'nin kitablarını çox bəyənirəm. O, son 40 ilə ən yaxşı şairimiz, esseistimizdir.

Melville'in "Moby Dick" romanı. Bu kitabın mənə təsiri 50 ildən də çox sürdü."

Edgar Rice Burroughs'un "John Carter. Warlord of Mars" seriyasını sevirəm. Bu seriya mənim həyatıma 10 yaşım olanda girdi, yayda çəmənliyə çıxdım, əllərimi qaldırıb Marsdan məni evə aparmasını istədim. Qısa müddətdə yazmağa başladım və indiyəcən yazıram, cənab Burroughs'un sayəsində."


JANE AUSTEN

Jane Austen

Jane Austen

“Qürur və qəzəb”, “Emma” kimi klassik romanların müəllifindən xoşladığı əsərləri soruşanda o deyib:

Lord Byron. "The Corsair" poeması.

Madame de Genlis. "Olimpe və Theophile",

Anne Radcliffe. "The Mysteries of Udolpho",

Ən çox xoşladığı isə Samuel Richardson'un "Sir Charles Grandison" epistolyar romanı olub.

MARK TWAIN

Mark Twain

Mark Twain

1887-ci ildə Mark Twain, bir din xadiminin (Charles D. Crane adlı) sorğusuna cavabında "Gənclərin oxumalı olduğu və özünün çox sevdiyi" kitabların adlarını yazıb:

1. Thomas Carlyle. "The French Revolution"

2. Thomas Malory. "King Arthur"

3. Min bir gecə nağılları

SAMUEL BECKETT

Samuel Beckett

Samuel Beckett

“Qodo həsrətində” pyesinin dünya şöhrətli müəllifi, Modernizmin klassiki Samuel Beckett ədəbiyyat tarixinə qapalı adam kimi düşüb, 1969-cu ildə Nobel mükafatı alandan sonra da şöhrət onu dəyişdirməyib.

Onun haqqında məlumat mənbəyi kimi 1941-ci ildən 1956-cı ilə qədər dostlarına yazdığı məktublardan istifadə edilir. Məktublarında o, öz oxu vərdişlərindən də söz açıb. Orada deyir ki, Jules Verne'in “Dünya ətrafında 80 gün” kitabı, Theodor Fontane'in "Effi Briest" kitabını xoşlayır. "Dördüncü dəfə oxudum, həmin köhnə yerlərə çatanda həmin göz yaşlarımı saxlaya bilmədim”. J.D.Salinger-in “Çovdarlıqda uçurumdan qoruyan” romanını da “uzun müddət ən çox sevdiyim kitab" kimi yad edir.

XS
SM
MD
LG