Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:02

Yunanstandan Makedoniyaya keçmək istəyən miqrantlarla yerli polis arasında qarşıdurma yaranıb. Makedoniya polisi gözyaşardıcı qazdan istifadə edib.

Buna səbəb sərhədin açılması ilə bağlı yayılan şaiyə olub, 500-ə yaxın miqrant sərhədi keçməyə cəhd göstərib.

Makedoniya polisi bu xəbərlərin şayiə olduğunu deyəndən sonra100-dən çox miqrant hasara dırmaşmağa başlayıb.

Balkan ölkələri fevralda sərhədləri bağladıqdan sonra Yunanıstanın İdomeni qəsəbəsi ətrafındakı düşərgəyə 11 mindən çox miqrant toplaşıb.

Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan miqrantlar, Türkiyə, Yunanıstan və Balkan ölkələri vasitəsilə Avropa Birliyi ölkələrinə keçməyə can atırlar.

Hazırda təkcə Türkiyədə 3 milyona yaxın Suriya qaçqını var.

Günün bütün mövzuları

XS
SM
MD
LG