Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:37

Vaşinqton hökuməti nədən cinayətkarlara pul ödəyir?


Foto arxiv
Foto arxiv

"İslah olunmuş" quldur, narkoman və başqa cinayətkarlar özünü yaxşı aparanda, Vaşinqton hökuməti, hər saata görə, onlara 8 dollar ödəyir.

ABŞ paytaxtında son 7 ildə ən yüksək cinayətkarlıq səviyyəsi qeydə alınıb. Şəhər hökuməti durumu düzəltmək üçün unikal yerli proqramdan yararlanır. Bu proqrama psixoloji dəstək, keçmiş soyğunçu, narkoman və başqa xırda cinayətkarlara peşəkar təlim keçmək daxildir. Bu insanlar psixoloqlarla işləyir, oxuyur və daha cinayət törətmirlərsə, onlara pul ödənir.

Proqrama qatılan Erica Brisk cinayət həyatına supermarketlərdən oğurluq etməklə başlayıb. Sonradan maşın oğurluğuna keçib, insanları və evləri qarət etməklə məşğul olub. Həmin Erica bu gün gənclərin geyim dizayneridir. Proqram tələblərini yaxşı yerinə yetirərkən, şəhər hökuməti onun hər saatına 8 dollar ödəyir.

İctimai fəal Ronald Moten deyir: "Söhbət müavinətlərdən deyil, həyatını dəyişmək və eyni zamanda ailəsini dolandırmaq istəyən insanlara dəstəkdən gedir".O, şəhərin yaxşılığı naminə belə insanların işləməyə hazır olduğuna və məsulliyyətli vətəndaşlara çevriləcəyinə əmindir.

Ancaq proqramın tənqidçiləri də var. Onlar iddia edirlər ki, keçmiş canilərə yönəlmiş bu dəstək proqramı heç bir ciddi nəticə verməyəcək, əvəzində şəhərin büdcəsinə, az qala, yarım milyon dollara başa gələcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG