Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:45

Belçika prokuroru cümə günü saxlanan Muhammed Abrinin ötən il Parisdə törədilən terror aktlarının hazırlanmasında iştirak etdiyini deyir. O, martın 22-də Brüsseldəki terrorun da təşkilatçılarından biridir.

Aprelin 8-də Abrinlə bərabər daha bir neçə nəfər saxlanıb. Onların adları açıqlanmır. Onlara terrorizmlə bağlı ittiham irəli sürülüb.

Belçika prokurorluğu müəyyən edib ki, saxlanan şəxslər Parisdə yeni terrora hazırlaşırmışlar.

İstintaq deyir ki, 31 yaşlı Abrin Paris terrorunda şübhəli bilinən Salah Abdeslamla bərabər benzindoldurma məntəqələrinin birində müşahidə kamerasına düşüb.

Abdeslam bu ilin martında Brüsseldə tutulub.

Ötən ilin noyabrında Parisdə törədilən terror aktlarında 130 adam ölüb, 300-dən çox adam yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG