Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:31

Aprelin 10-da səhər saatlarından başlayaraq əsən güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.

AZƏRTAC-ın xəbərinə görə, külək rayonun elektrik sisteminə daha çox ziyan vurub. Xaçmaz şəhəri, eləcə də bəzi kəndlərdə bir neçə ağac kökündən qoparaq elektrik və rabitə xətlərinin üstünə düşüb. Nəticədə 0,4 və 10 kilovoltluq hava xətlərində problemlər yaranıb və bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayanıb.

Hazırda güclü külək əsməkdə davam edir. Yerli icra strukturları fəsadların aradan qaldırılması istiqamətində iş aparırlar.

XS
SM
MD
LG