Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:13

ABŞ-ın Vayominqe ştatında Demokrat partiyasından prezidentliyə namizədlik uğrunda keçirilən ilkin seçkidə senator Berni Sanders Hillary Clintona qalib gəlib.

Bu, Sanders-in Clinton üzərində son səkkiz ştatda keçirilən praymerzdə 7-ci qələbədir.

Clinton Demokrat partiyasından hələ ki, prezidentliyə ən çox dəstəklənən namizəddir.

Nyi York Times yazır ki, Vaşinqton, Alyaska, Aydaxo, Yuta, Havai və Viskonsin ştatlarında Sandersin qələbəsi göstərir ki, ağlar və liberallar arasında Hillary-ni daha az dəstəklənir.

Respublikaçılardan isə Koloradoda ştatında keçirilən partiyadaxili seçkidə Ted Cruz Donald Tramp-a qalib gəlib.

Respublikaçılar rəsmi namizədini iyulun 18-21-də Klivlenddə, demokratlar isə öz namizədlərini iyulun 25-28-də Filadelfiyada elan edəcəklər.

ABŞ-da prezident seçkisi bu ilin noyabrında keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG