Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:54

Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi125 dəfə pozub.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Məzəm, Kəmərli, Qızılhacılı kəndləri atəşə tutulub.

Həmçinin,Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Koxanəbi kəndlərinin atəşə tutulduğu bildirilir.

Bundan başqa, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı QüvvələrininGədəbəy rayonu ərazisindəki mövqelərinin ardıcıl atəşə tutulub.

Nazirliyin məlumatına görə, Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad və Nəmirli kəndləri də atəşə tutulub.

Həmçinin Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonun da bir sıra məntəqələrinin atəşə tutulduğu deyilir.

Məlumatda bildirilir ki, Azərbaycan ordusu əməliyyat şəraitinə uyğun olaraq cavab atəşləri açıb.

XS
SM
MD
LG