Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:04

-

"Ümumən, belə qərara gəldim ki, Azərbaycan insanına lazımi informasiyadan əlavə, inadkarlıq və əməksevərliyi, metodik əməyi də, başladığı işi sona çatdırmağı da öyrətmək lazımdır..."

"İki həvəskar film çəkmişəm, bir ssenari yazmışam..."

Bazar günü Hikmət Hacızadə ilə OxuZalında söhbət

- Hikmət bəy, şairlər, yazıçılar bu gün dünya mediasının ön səhifələrində öz dövlətlərini və xarici dövlətlərin siyasətini tənqid edirlər, fikir yürüdürlər, hökm verirlər.

Əsas işi bədii mətn olan şair və yazıçıların ümumiyyətlə siyasi fikir deməsi və bu fikirlərə hörmət edilməsi praktikası dünyada nə zamandan başladı?

Hikmət Hacızadə

Hikmət Hacızadə

- Ədəbi əsərlərdə sosial və siyasi motivlər ədəbi prosesin lap əvvəlindən olub. Məsələn, Qədim Yunan miflərinin bir çox süjetlərində insan-qəhrəman tanrıların və çarların ədalətsizliyinə qarşı çıxır. Elə götürək Prometeyi. O, necə deyərlər, xalqın səadəti yolunda vuruşur. Qədim dövrlərin bir çox süjetləri təcavüzkarla döyüş haqqındadır.

Siyasi, mənəvi məzmun daşıyan Bibliya süjetləri də çoxdur. Yalnız bir Bibliya süjeti sırf sevgiyə aiddir, gözəl də yazılıb: "Nəğmələrin nəğməsi".

Günümüzdə əsərlərdə siyasi və sosial motivlər daha mühüm sayılır, amma bu, qədim zamanlarda başlayıb.

- Siz özünüz ədəbiyyat adamının cəmiyyət haqda, dövlət haqda tənqidi mülahizələr söyləmək praktikasını necə qiymətləndirirsiz?

Aydın məsələdir ki, bədii əsər gözəl olmalıdır, amma bu gün həm də onun ictimai əhəmiyyəti olmalıdır.

- Əgər bədii əsərin bir neçə - bədii, etik, sosial-siyasi qatı varsa, mən ona çox pozitiv yanaşıram. Heç bu gün ayrı cür yazıb-yaratmaq da olmaz, yalnız dağlardan, bulaqlardan, yaxud dağların və bulaqların fonunda sevgidən bəhs edən əsəri heç kəs ciddi qəbul eləməz… Aydın məsələdir ki, bədii əsər gözəl olmalıdır, amma bu gün həm də onun ictimai əhəmiyyəti olmalıdır.

Əgər dünya ədəbiyyatına və kinosuna baxsaq, birinci yerin məhz belə əsərlərə verildiyini görərik. Əlbəttə, belə əsərləri yazmaq asan deyil, bunun üçün yazıçılıq istedadından əlavə geniş dünyagörüş, yaxşı təhsil də gərəkdir. Ətrafda nə baş verdiyini anlamaq lazımdır. Bizim yazıçılarda isə, təəssüf ki, bu anlayış "Hər nə gördüm, əyri gördüm, özgə halət ğörmədim"dən uzağa getmir.

Hikmət Hacızadə

Hikmət Hacızadə

- Niyə belə bir rəy var ki, yazıçı (başqa peşə sahiblərindən daha çox) həqiqəti və sadə xalqın sözünü deyir?

- Razı deyiləm. Məsələn, Tolstoy müxalifətdə idi. Təhqir edilmişləri və alçaldılmışları müdafiə edirdi, Dostoevsky isə iqtidar tərəfində idi... Nümunələr çoxdur, amma Tolstoyun da, Dostoyevsky'nin də əsərləri sosial-siyasi məqamlarla zəngin olub.

_________________________________________________________

Həmçinin oxu: Tolstoyun çara məktubu

_________________________________________________________

- İncəsənət, ədəbiyyat, yüksək kino – bunlarsız yaşayan insanlarla bunları tez-tez dadaraq yaşayan insanlar arasında, onların hər ikisi adi həyat situasiyalarına düşəndə, fərq olurmu?

- Elə insanlar var ki, yüksək incəsənətlə maraqlanmır və ya yiyələnə bilmirlər - onlara yazığım gəlir... Axı incəsənət daxili zənginlikdir! Üstəlik, ona nail olmaq pulsuzdur. Yüksək incəsənətə və elmi düşüncəyə yiyələnə bilməyən insanlar təbiətcə məhduddurlar və gündəlik həyatda da "bəsit və qeyri-düzgün qərarlar" verirlər. Təəssüf ki, buna qarşı heç nə etmək olmaz, o insanlar təbiətən belə yaranıblar.

- Siz uzun müddət həm ciddi film klubu təşkil etmisiz, həm də iştirakçısı olmusuz. Bizdə ciddi filmlərə maraq necədir?

- Ciddi incəsənətə münasibət (hər şeydə olduğu kimi) israr və səy tələb edir, bizə düşən daha artığını arzulamaqdır. Amma bəlkə bunu düzəltmək olar, məsələn, düzgün təhsil vasitəsilə, yaxud ciddi incəsənətin təbliği yoluyla. Hər halda mən ciddi filmləri təbliğ etməyə çalışmışam. Necə alındığını bilmirəm.

Ümumən, belə qərara gəldim ki, Azərbaycan insanına lazımi informasiyadan əlavə, inadkarlıq və əməksevərliyi, metodik əməyi də, başladığı işi sona çatdırmağı da öyrətmək lazımdır. Budur bizim çatışmayan cəhətimiz! Bizim insanlar 1 taym və ikinci taymın yarısını oynayırlar... sonacan oynamaq, işi sona çatdırmaq, ikinci taymın axırına qədər mübarizə aparmaq üçün onların gücü çatmır.

Əgər bir insan inadkarlığı, əməksevərliyi öyrənsə (almanlar, yaxud yaponlar, hətta türklər kimi), sonra o, özünü əbədi təkmilləşdirməyə hazır olacaq.

- Son illərdə baxdığınız hansı filmlər haqda həvəslə danışardınız? Filmləri necə, hansı meyarlarla qiymətləndirirsiniz?

- Gənclərə göstərdiyim və müzakirə etdiyim filmlərin mütləq bir neçə qatı olub - bədii, mənəvi və sosial-siyasi qatı. Humanizm, azadlıq, nonkonformizm, insan hüquqları, qadın hüquq bərabərliyi, ayrı-seçkilik əleyhinə mübarizə, avtoritarizm və cəhalətlə mübarizə, müharibə əleyhinə filmlərə baxmışıq...

Müasir filmlərin arasında mənim daha çox xoşuma gələnlərdən bunları qeyd edərdim:

В долине Эла In the Valley of Elah

Уже не дети Electrick Children

Дикая WILD

Бунт в Каутокейно The Kautokeino Rebellion

Гамсун Hamsun

Даллаский клуб покупателей Dallas Buyers Club

Секс, Лож и Видео Sex, Lies and Videotape

Битва за Алжир The Battle of Algiers

Сомнение Doubt

Мнения сторон Taking Sides

Встреча двух сердец The way we were

Дворецкий The Butler

Небраска

Без изъяна Flowless

Нет No

Разговор Conversation

Рай. Вера Paradies: Glaube

Американская история ХAmerican History X

Свой человек Insider

Бесчестье Disgrase

Плезантвиль Pleasantville

Ватель Vatel

Прощай моя королева Farewell, My Queen

Моя левая нога My Left Foot

Линкольн Lincoln

Плюмбум, или опасная игра

Cadillac Records

Не промахнись Асунта The Girl with the Pistol

Алиса здесь больше не живет Alice Doesn't Live Here Anymore

Женщины без мужчин Women without Men

Сыновья Some Mother’s Son

və bir çox başqaları. Bu filmlər Azərbaycan dilinə tərcümə edilməyib, onlara Bakıda rus, ingilis dillərində Far-Centre Gənclər Mərkəzində baxmaq olar.

- Hikmət bəy, bu qədər filmlər arasında özünüz də film çəkmək istəmisiz?

- Bəli. Bu, mənim arzumdur. Artıq iki həvəskər film çəkmişəm balaca kamera ilə. Bir ssenari yazmışam, "Own Blood" (Doğma qan), budur (ssenarini bizə uzadır - OxuZalı).

Bir-iki SlideShow video klip... Budur, dostlarımla birlikdə ad günümüz qeyd olunur. Bu film bizim həyat yolumuza həsr olunub. Kimsə də bu videonu "Baku I Love You" adlandırıb. Daha bir film.

- Bəs proza və poeziya, onlara da kinoya yanaşdığınız prinsiplə yanaşırsınız?

- Bəli, istənilən bədii əsərin sosial əhəmiyyəti vacibdir. Sənədli prozanı, real hadisələri bərpa edən nəsri çox xoşlayıram.

Təəssüf ki, nəsrin kino ilə rəqabətə girə bilməyəcəyini görürəm. Kinoda nəsr də, təsvir də, musiqi də, teatr da var... Kitabda isə yalnız mətn.

Günümüzdə bir romanın hansısa məğzinə çatmaqdan ötrü giriş deyilən ilk 50 səhifəsini oxumaq çətindir. Bir çox istedadlı yazıçılar indi film ssenaristi olub şedevrlər yazırlar. Hər hansı istedadlı roman ortaya çıxsa, onu dərhal ekranlaşdırırlar, elədə həm filminə baxıram, həm də kitabı oxuyuram.

Yeri gəlmişkən, bəstəkarlar da kino musiqisi yazmağa başlayıblar... əmək haqqı da yaxşı olur, zarafat eləmirəm...

Poeziya isə bütün dünyada tədricən ölməkdədir, poeziya yalnız mahnılarda qalır, nə edə bilərik, yazıqlar olsun.

- Məlumdur ki, yazıçılıq, şairlik, rəssamlıq, artistlik – bunlar fərdi yaradıcılıq sahələridir. Bu sənət sahələrinə təbiətcə tənhalıq və tragediya duyumu xasdır. Rəqabətə qalsa, iki şair bir-birilə rəqabət apara bilər, yaxud iki rəssam və s. Amma 20-ci əsrin ikinci yarısından etibarən sanki ölkələr bu işlərə görə rəqabət aparırlar.

Xarici mediada idman yarışına bənzər söhbətlər gedir. Misal üçün: “Man Booker mükafatının qısa siyahısında bu il 5 amerikalı var, 3 britaniyalı…”

Bu baxımdan, bizim də böyük yazıçılarımızın, şairlərimizin, rejissorlarımızın olmaması, ölkəyə beynəlxalq nüfuzlu mükafatların gəlməməsi bizə milli dərd olur. Sizcə, bunu özümüzə milli dərd saymaq olar?

- Belə bir yarışmanı mən də müşahidə edirəm və gülməyim gəlir. Adətən belə müsabiqələrdə, oskarlar, bukerlər ətrafında gedən qaynar müzakirələrdə ortabab yazıçılar və rejissorlar iştirak edirlər.

Şedevr yaradanlar şedevr yaratdıqlarını özləri hiss edirlər, həyat yoldaşları hiss edir, yaxın dostları hiss edir, bir neçə həmkarı hiss edir. Bu da kifayətdir. Adam "skromnı" olar!

- Həyat təcrübənizin gözülə baxsaq, bu dünyada anlamaq, yoxsa hiss etmək daha vacibdir?

- Bu sual köhnə sualdır, bizi keçmiş SSRİ-nin 1960-cı illərinə, "fiziklər"lə "liriklər"in müzakirəsinə aparır...

"Hiss etmək" dərketmə yolunda ilk addımdır. Əvvəlcə insan hiss edir, sonra anlayır. Amma elələri də var ki, yalnız "hiss edirlər", sonra heç nə anlamırlar, bu həm kədərlidir, həm də gülməli.

Günün bütün mövzuları

XS
SM
MD
LG