Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:56

Forum keçirməyə yer tapılmır


Foto illüstrasiya
Foto illüstrasiya

-

Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Vətəndaş Cəmiyyətinin Müdafiəsi Komitəsinin təşkil etdiyi «Vətəndaş cəmiyyətinin çağdaş durumu: dəyişiklər üçün nə etməli?» adlı dörd saatlıq forumun keçirilməsinə icazə verməyib.

«Turan»ın xəbərinə görə, tədbirin məqsədi və təşkilatçılar haqqında öyrənəndən sonra BMM-dən əvvəlcə boş yerin olmadığını bildiriblər. Sonra isə fikirləşmək üçün vaxt istəyiblər. Amma cavab verilməyib. Mətbuat mərkəzinin əməkdaşları zənglərə cavab verməyiblər.

Bir neçə gün öncə «Landmark Hotel Baku» biznes mərkəzi də sözügedən tədbirin keçirilməsinə kommersiya əsasları ilə yer ayrılmasından imtina etmişdi.

Son iki ildə otel və biznes mərkəzləri müstəqil QHT və KİV-lərin tədbirləri üçün yer verməkdən imtina edirlər.

XS
SM
MD
LG