Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:56

MSK-nın yeni tərkibi formalaşdırılır


MSK
MSK

-

Parlamentdə təmsil olunan partiyaların əksəriyyəti yenidən formalaşdırılacaq Mərkəzi Seçki Komissiyasındakı nümayəndələrini müəyyənləşdiriblər. Bu haqda «Report» xəbər verir.

Xəbərə görə, Sosial Rifah, Sosial Demokrat və Vəhdət partiyaları birlikdə Sosial Rifah Partiyası üzvü İlkin Şahbazovun namizədliyini irəli sürüblər. Vətəndaş Həmrəyliyi Partiyası isə yenidən hazırda MSK üzvü olan Almas Qəhrəmanlının namizədliyini verib. Böyük Quruluş və Demokratik Maarifçilik partiyalarının MSK-dakı nümayəndəsi Bəxşeyiş Əsgərov olacaq.

Parlament siyasi partiyalara MSK-dakı təmsilçilərini müəyyənləşdirmələri üçün müraciət etmişdi. Ali seçki qurumunun yeni tərkibi parlamentin aprelin 15-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Mövcud qanunvericiliyə görə, MSK-nın 18 üzvü olur. Onun 6-sı parlamentdəki hakim çoxluğun, 6-sı bitərəflərin, 6-sı isə parlamentdə azlıqda qalan partiyaların payına düşür.

Ötən ilki parlament seçkilərində Yeni Azərbaycan Partiyası böyük üstünlük eldə edib. Təqribən deputatlardan 70-i bu partiyanın payına düşür. MSK sədri də məhz bu partiyadan seçiləcək.

Hakim Yeni Azərbaycan Partiyası MSK-dakı üzvlərini dəyişib-dəyişməməklə bağlı, hələlik, bir şey deməyib.

MSK üzvlərindən son parlament seçkilərində protokolları imzalamaqdan imtina edən Akif Qurbanovun isə budəfəki tərkibdən kənarda qalacağı gözlənilir. Onun təmsil olunduğu Ümid Partiyasından bu dəfə parlamentə heç kim düşməyib.

XS
SM
MD
LG