Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:00

-

Aprelin 9-da Müsavat Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü Baba Allahnəzərov Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Bu haqda bilgi verən Müsavat Partiyası başqanı B.Allahnəzərovun Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan sədr müavini Fuad Qəhrəmanlının işi ilə bağlı dindirildiyini bildirib.

«Baba Allahnəzərovu Fuad Qəhrəmanlının işi ilə əlaqədar dindiriblər. Baba bəy onun Nardaran hadisələri ilə əlaqədar Facebook statuslarına dəstək verməkdə şübhəli bilinir», - deyə Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

Fuad Qəhrəmanlı Nardaran olayları ilə bağlı Facebook səhifəsində yazdığı statuslara görə ötən il dekabrın 8-də həbs olunub. Həmin statuslara görə ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG