Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:57

-

Etirazçıların havaya gözyaşardıcı qaz püskürtməsi Kosovo prezidenti Hashim Thaci-nin aprelin 8-də keçirilən inauqurasiya mərasimini pozub.

Açıq havada düzənlənən inauqurasiya mərasiminə toplaşan qonaqlar öskürüb və yaşarmış gözlərini silməyə başlayıblar.

Polis 12 nəfərin saxlandığını deyib.

Əhalisinin əksəriyyəti alban olan ölkənin müxalifəti yeni prezidenti yerli serblərə hakimiyyət imkanları açmaqda ittiham edir.

1998-99-cu illərdə Serbiya qüvvələrinə qarşı döyüşən partizan dəstələrindən birinə rəhbərlik edən Thaci deyir ki, o, Serbiya və ölkədaxili tənqidçiləri ilə dialoq tərəfdarıdır.

«Kosovo və Serbiya münasibətlərini normal mərhələyə keçirməlidir», - o deyib.

Kosovo 2008-ci ildə müstəqilliyini elan edib, ölkənin müstəqilliyini 100-dən çox ölkə tanıyıb, amma Serbiya Kosovonu tanımır.

Günün bütün mövzuları

XS
SM
MD
LG