Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:53

-

Hollandiyanın Ukrayna və AB arasında Assosiasiya sazişinə səs verməməsi saziş üzərində dəyişikliklərlə bağlı danışıqları uzada bilər, - Bunu Niderlandın baş naziri deyib.

Mark Rutte aprelin 8-də yerli mətbuata deyib ki, məsələnin həllinin tapılması üçün bir neçə ay gərək ola bilər. Onun sözlərinə görə, «bu, kompleks prosesdir».

Hollandiya aprelin 6-da Ukrayna ilə Assosiasiya sazişinə «yox» deyib. Referendumda seçicilərin yalnız 32 faizi iştirak edib.

Səsvermənin nəticələri sazişin qüvvəyə minməsinə təsir etmir, ancaq Hollandiyanın baş naziri deyir ki, o, mənfi münasibəti nəzərə almaya bilməz.

Ekspertlər gözləyirlər ki, sazişlə bağlı məsələlər ya Niderlandın iştirakı olmadan, ya da danışıqlarla bağlı dəyişiklik aparmadan öz həllini tapacaq.

AB-nin 27 üzv ölkəsi bu sazişi ratifikasiya edib.

Niderland parlamenti də bu sazişi ratifikasiya edib. M.Rutte deyib ki, gələn həftə bununla bağlı düzəlişlər edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG