Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:54

Həbsdə olan jurnalist vəkil istəyir


Abuzər Cəfərli
Abuzər Cəfərli

-

Həbsdə olan jurnalist Abuzər Cəfərli Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib.

Bu barədə məlumatı onun ailə üzvləri «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansına bildiriblər. O, müraciətində ittiham üzrə özünü təqsirli bilmədiyini, şərlənərək həbs olunduğunu deyir.

Müraciətdə qeyd edilib ki, həbsdə keçirdiyi 7 ay ərzində lazımi istintaq hərəkətləri aparılmayıb. A.Cəfərli deyir ki, bununla bağlı dəfələrlə prokurorluğa müraciət etsə də, işində dönüş olmayıb.

O, hazırda vəkili olmadığından hüquqlarının lazımi səviyyədə müdafiə edə bilmədiyini bildirib. Əslən Ağdam bölgəsindən olan jurnalist müraciətində maddi durumunun ağır olduğunu əsas gətirərək, indiyə qədər özünə vəkil tuta bilmədiyini qeyd edir. Mətbuat Şurası sədrindən onun vəkillə təmin olunmasına yardımçı olmasını xahiş edir.

A.Cəfərli 2015-ci ilin sentyabrında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2-ci ( dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, özünü təqsirli bilmir, həbsini ictimai fəaliyyəti ilə əlaqələndirir.

XS
SM
MD
LG