Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:44

-

Aprelin 8-də Daxili İşlər Nazirliyində keçirilən kollegiya toplantısında mülkiyyət əleyhinə cinayətlərinin qarşısının alınması və cinayətlərin profilaktikası məsələləri müzakirə edilib. Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

Əsasən 2015-ci ilin nəticələrinin müzakirə olunduğu toplantıda çıxış edənlərdən nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi Elşən Kazımov bildirib ki, mülkiyyət əleyhinə cinayətlər törətmiş 742 qrup zərərsizləşdirilib

Toplantıda mülkiyyət əleyhinə cinayətlər törətmiş 2009 nəfərdən ibarət 742 qrup, o cümlədən 83 nəfərdən ibarət 15 mütəşəkkil dəstənin zərərsizləşdirilməsi barədə məlumat verilib. Qeyd olunub ki, mülkiyyət əleyhinə olan 9443 cinayətin, o cümlədən 4597 şəxsi əmlak oğurluğunun, 239 soyğunçuluğun, 167 quldurluğun, 225 avto nəqliyyat qaçırılması faktının açılması təmin olunub. Həmin cinayətlərə görə 5179 nəfər məsuliyyətə cəlb edilib, axtarışda olan 1678 təqsirləndirilən şəxs tutulub.

Cinayətlərin açılma faizi yüksəlib?

Kollegiyada qeyd edilib ki, 2015-ci ildə mülkiyyət əleyhinə olan cinayətlərin açılması 4,4 faiz yaxşılaşaraq 70,7 faiz təşkil edib. O cümlədən oğurluqların açılması 5,7 faiz, dələduzluqların açılması 1,3 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 1,8 faiz, avtonəqliyyat qaçırmalarının açılması isə 5,8 faiz yaxşılaşıb.

Keçmiş hüquq mühafizə əməkdaşları isə bildirirlər ki, Azərbaycanda bəzi cinayətlərin qeydə alınmamsı kim sovetlər dönəmindən qalma iş metodu var. Onların fikrincə, bəzi cinayətlərin qeyd alınmaması açılan cinayətlərin faizini statistikada yüksəltməyə imkan yaradır.

Günün bütün mövzuları

XS
SM
MD
LG