Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:15

Bəxtiyar Vahabzadə və Leyla Əliyevanın şeirləri Belarusda


Belarusda çıxmış iki almanax
Belarusda çıxmış iki almanax

-

Belaruslu şair və tərcüməçi Tatyana Siveçin təşəbbüsülə Belarusda çıxan “Разняволенасць” (“Elastiklik”) adlı almanaxda müxtəlif xalqların nümayəndələrinin şeirlərinin belarus dilinə tərcümə olunmuş variantı yer alıb.

“Ulduz” nəşriyyat evi tərəfindən nəfis tərtibatda çap olunmuş bu şeirlər kitabına Azərbaycandan şair Bəxtiyar Vahabzadə, şair, mədəniyyət və turizm nazirinin müavini Çingiz Əlioğlu və prezidentin qızı Leyla Əliyevanın şeirləri daxil edilib.

Bundan öncə Leyla Əliyevanın şeirləri Belarusun Azərbaycandakı səfirliyinin dəstəyi və təşəbbüsü ilə belarus, həmçinin rus dillərində Belarusun dövri mətbuatında mütəmadi olaraq nəşr edilib.

"Elastiklik" kitabı Minsk 23-cü Beynəlxalq Kitab Sərgisi günlərində tərcüməçi şair T.Siveç tərəfindən Belarus ictimaiyyətinə təqdim olunub.

Azərbaycan Yazıçılar Birliyi Belarus səfirliyinə istinadən bəyan edir ki, hazırda Leyla Əliyevanın şeirlərinin Minskdə ayrıca kitab şəklində nəşri üzərində işlər aparılır və yaxın gələcəkdə kitab çap olunaraq Belarus oxucularının, ədəbiyyatsevərlərin diqqətinə çatdırılacaq.

“Ulduz” nəşriyat evi tərəfindən Azərbaycan və Belarus yazıçılarının “Счастливая встреча» (“Xoşbəxt gülüş”) adlı əsərlər toplusu da nəşr edilib.

“Xoşbəxt gülüş”də belaruslu oxuculara Anar, Çingiz Əlioğlu, Natiq Rəsulzadə, Fikrət Qoca, Elçin Hüseynbəyli, Qəşəm Nəcəfzadə, Afaq Məsud, Elxan Zal, Günel Anarqızı, Səlim Babullaoğlu, Kamil Əfsaroğlu, Qulu Ağsəsin əsərləri verilib.

XS
SM
MD
LG