Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:32

Ötən ilin noyabrında Paris hücumlarında şübhəli bilinənlərdən biri Mohamed Abrininin həbs edildiyi bildirilir.

Bu barədə France-Press agentliyi polisdəki mənbələrə istinadla xəbər verir.

Belçikanın VRT kanalı da bundan əvvəl onun tutulması barədə məlumat yayıb.

Məlumata görə, 31 yaşlı Arbini Brüssel ətrafında yaxalanıb.

Reutersin məlumatına görə isə, Belçika prokurorluğu aprelin 8-də Brüssel hücumları ilə bağlı bir sıra reydlər keçirildiyini bildirib.

Onun Brüssel partlayışlarında da əli ola bilər.

Ötən ay Brüssel hava limanı və metro stansiyasında törədilən partlayışlarda 32 nəfər ölüb.

Partlayışlara görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG