Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:09

-

Daşınmaz əmlakın qeydiyyatı prosesində yenilik gözlənilir. Parlament "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklikləretməyə hazırlaşır.

Fins.az-ın xəbərinə görə, dəyişikliklərdə əmlakın qeydiyyatı və digər əməliyyatların müddətinin azaldılması nəzərdə tutulur.

Dəyişikliklər qəbul edilərsə, daşınmaz əmlakın qeydiyyatı və çıxarışın verilməsi üçün maksimum müddət 20 gündən 10 iş gününə endiriləcək. Bununla yanaşı, qeydiyyat prosesi üçün zəruri olan işlərin aparılması üçün nəzərdə tutulan müddət 5 iş gününədək uzadıla bilər.

Qanunu təkli edilən digər dəyişiklik Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sorğularının cavablandırılması ilə bağlıdır. Hazırkı qanunvericilik şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına göndərilən sorğulara 10 gün müddətində cavab verilməsini nəzərdə tutur. Dəyişikliklərdən sonra bu müddət 7 günə endiriləcək.

Dəyişiklik layihəsi həmçinin, ipotekanın qeydiyyatı üçün maksimum müddətin 5 iş günündən 3 iş gününə endirilməsini nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG