Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:46

İsraildə tapılan böyük qaz ehtiyatı Avropanın Rusiyadan asılılığını azalda bilər.

Bu qaz ehtiyatı Aralıq dənizindəki yataqlarda aşkar edilib.

Bunu “Blloomberg”ə ABŞ-ın energetika naziri Ernst Moniz deyib.

Onun sözlərinə görə bunun strateji üstünlüyü həm də ondadır ki, onu Misir və İordaniyaya ucuz nəql etmək olar.

Artıq İordaniya ilə belə bir müqavilə imzalanıb, Misirlə isə danışıqlar aparılır.

Söhbət İsrail qazının ordakı yerli zavodlarda sıxılması və Avropaya göndərilməsindən gedir.

Çox güman ki, İsrail qazı öncə Türkiyəyə göndəriləcək, ordan isə Xəzərlə Avropanı birləşdirən paylayıcı şəbəkəyə qoşulacaq.

Hesablamalara görə İsraildə təxminən 600 milyard kubmetr qaz ehtiyatıvar.

Günün bütün mövzuları

XS
SM
MD
LG