Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:15

-

Hesablama Palatası AzTV-də maliyyə vəsaitlərinin xərclənməsində nöqsanlar aşkarlayıb. Palatanın illik hesabatına görə, telekanal UEFA Çempionlar Liqasının final oyunlarından reportajlar hazırlamaq üçün ezam olunan işçilərə artıq vəsait xərcləyib. Həmçinin, videomaterialların yeni formata köçürülməsi, bərpası və geniş annotasiyalarının yazılması işlərini həyata keçirmək üçün yaradılan işçi qrupunun üzvlərinə əlavə əmək haqqı hesablanıb.

Report-un xəbərinə görə, telekanalın aldığı material ehtiyatlarının dəyəri mühasibatlıqda düzgün uçota alınmayıb. İşçilərə qonorarlar ödənilərkən hesablanmış sosial sığorta haqqının hesablanması zamanı da artıq vəsait ödənişinə yol verilib.

Hesabatda qeyd edilir ki, telekanalın 25 min manat məbləğində vəsaiti dövlət büdcəsinə bərpa edilib. 823 min manat dəyərində əsas vəsaitdən, 125 min manat dəyərində mal-materialların uçota alınması təmin edilib. Həmçinin işlərində nöqsanlara yol verən vəzifəli şəxslərin cəzalandığı bildirilir.

Hesablama Palatasının sözügedən hesabatı aprelin 15-də ölkə parlamentdə müzakirə ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG