Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:20

Rusiya prezidenti Vladimir Putinjurnalistlərə adı “Panama sənədləri” də hallanan violonçel ifaçısı və dostu Sergey Rolduqindən danışıb.

Onun sözlərinə görə, musiqiçinin gəliri sənədlərdə göstərildiyindən xeyli çoxdur.

Amma o bu pulların demək olar ki, hamısına musiqi alətləri alaraq Rusiyaya gətirir və dövlət müəssisələrinə bağışlayır:

“O bizim şirkətlərdən birində kiçik səhmdardır və orda hansısa qazancı var.Amma bu əlbətdə milyardlarla dollar deyil.Bu cəfəngiyyatdır, belə bir şey yoxdur.Mən Sergey Pavloviç kimi adamlarla fəxr edirəm, o cümlədən də dostum kimi. O orda qazandığı pulların demək olar ki, hamısına musiqi alətləri alaraq Rusiyaya gətirib",deyə o vurğulayıb.

Putin deyib ki, Rusiyada nəqədər çox belə adam olsa bir o qədər yaxşıdır.

Fəxr edirəm ki, belə dostum var.

Ofşor zonada korrupsiya ittihamlarına dair sənədlərdə Putin də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən 140 siyasətçi və dövlət rəsmisinin adı hallanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG