Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:29

Yazıçının əl izləri götürüldü


 Əkrəm Əylisli
Əkrəm Əylisli

-

Yazıçı Əkrəm Əylisli aprelin 8-də Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsinə çağırılıb. APA-nın xəbərinə görə, idarədə yazıçının əl barmaq izləri və DNK analizi üçün nümunə götürülüb.

Yazıçı Ə.Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya gedərkən martın 30-da Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanmışdı. Rəsmi orqanlar yazıçının buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlandığını demişdilər. Ancaq yazıçı münaqişə yaratdığı ilə bağlı iddiaları qəti rədd etmişdi.

Ölkədən çıxışına icazə verilməməsini sırf yaradıcılığı ilə izah etmişdi. Həmin gün o, İtaliyada Beynəlxalq Kitab Festivalında çıxış edəcəkdi.

Sərbəst buraxılan yazıçıya sonradan cinayət işi açılıb. Aprelin 6-da yazıçıdan başqa yerə getməmək barədə iltizam alınıb.

XS
SM
MD
LG