Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:42

Nazirlər Moskvada bəyanat verdi


MDB Xarici İşlər Nazirləri Şurası
MDB Xarici İşlər Nazirləri Şurası

-

«ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən irəli sürülmüş prinsiplər əsasında münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri aktivləşdirmək vacibdir».

MDB Xarici İşlər Nazirləri Şurasının aprelin 8-də Moskvada keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə əlaqədar qəbul edilən birgə bəyanatda belə deyilir.

APA-nın xəbərinə görə, bəyanatda münaqişə zonasında silahlı toqquşmaların - yerli sakinlər də daxil olmaqla - böyük insan itkisinə səbəb olması barədə xəbərlərdən dərin narahatlıq bildirilir.

«Münaqişə tərəflərini atəşkəs rejiminə ciddi əməl etməyə və yeni insan ölümlərinə imkan verməmək üçün təmkin nümayiş etdirməyə çağırırıq. Mümkün qədər tez bir zamanda vəziyyəti stabilləşdirmək və ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən irəli sürülmüş prinsiplər əsasında münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri aktivləşdirmək vacibdir», - deyə bəyanatda qeyd edilib.

Toplantıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri də iştirak edib.

XS
SM
MD
LG