Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:47

Türkiyə ilə İsrailin münasibətləri normallaşır


Türkiyə\İsrail
Türkiyə\İsrail

-

Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması istiqamətində keçirilən müzakirələrdə irəliləyiş var.

Xəbəri Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

Məlumatda iki ölkənin nümayəndə heyətinin Londonda görüşdüyü, razılaşmanın növbəti görüşdə əldə olunacağı bildirilir.

Türkiyə ilə İsrail arasında münasibətlər 2010-cu ildə «Mavi Marmara» gəmisinə edilən hücumdan sonra pozulmuşdu.

Keçən ilin sonlarından isə münasibətlərin bərpasının vacibliyi haqqında fikirlər səslənməyə başlamışdı.

XS
SM
MD
LG