Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:32

Beynəlxalq Kosmik Stansiyaya tarixdə ilk dəfə olaraq hava ilə şişirdilən yaşayış modulu göndərilir.

Onu orbitə şəxsi “SpaceX” şirkətinin“Dragon” yük gəmisi çıxardacaq.

“BEAM” eksperimental blokunu ABŞ-ın “Biqelov Ayrespes” şirkəti hermetik elastik materialdan hazırlayıb. Bu sınaq modelidir.

NASA alimləri onun köməkliyi ilə şişirdilmiş konstruksiyanın kosmik fəzada fəaliyyətini öyrənmək istəyirlər.

“BEAM” modulu yerdə sınaqdan uğurla çıxıb.

NASA bu texnologiyaya böyük ümid bəsləyir.

Proqramın rəhbəri Kirk Şirman:

“Bu gələcək deməkdir. İnsanlar bizim planetdən daha uzaqlara getmək üçün bu cür modillardan istifadə edəcəklər. Yerin yaxın orbitində artıq məsgən salmışıq. Odur ki, bəşəriyyət üçün növbəti addım daha uzağa getməkdir”.

Beynəlxalq Kosmik Stansiyanın heyət üzvləri bu modulu 2 il sınaqdan keçirəcəklər.

Bu, bu cür qurğulardan daha böyük yaşayış bloklarının tikintisində istifadə edilməsi və digər planaetlərdəqurulmasının mümkünlüyünü göstərəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG