Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:05

-

Azərbaycan və Ermənistan xarici işlər nazirləri aprelin 8-də Moskvada görüşüb.

Bu barədə Türkiyənin «Hürriyet» qəzeti xəbər yayıb.

Qəzet xəbər verir ki, Moskvada MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onun Ermənistandan olan həmkarı Edward Nalbandian da bu toplantıya qatılıblar. İki nazirin salamlaşdığı anlar görüntülənib və bu, bölgədə sülhə ümidlərin artdığı kimi dəyərləndirilib.

Azərbaycan xarici işlər naziri E.Məmmədyarov aprelin 7-də Moskvaya getmişdi.

Azərbaycan və Ermənistan arasında aprelin 5-i saat 12:00-dan etibarən Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan edilib. Buna qədər isə Dağlıq Qarabağda tərəflər arasında aramsız döyüşlər getmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG