Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:48

Böyük Britaniyanın baş naziri David Cameron aprelin 7-də atasından qalma ofşor şirkətdə payı olmasını etiraf edib.

O Britaniya televiziyasına müsahibəsində deyib ki, 2010-cu ildə-hələ baş nazir seçilməzdən qabaq həyat yoldaşı ilə birlikdə öz paylarını satıblar.Cameron və həyat yoldaşı bundan təxminən 30 min funt sterlinq qazanıblar:

“Mən dvidentlərdən gəlir vergisi ödəmişəm. Mən mənfəət əldə eləmişəm, amma Britaniya qanunlarına görə bu lazım olan məbləğdən aşağı olduğundan əlavə vergi ödəməmişəm. Bu Britaniya qanunvericiliyinə tam uyğundur”.

Baş nazirin atası Yan Cameron 2010-cu ildə vəfat edib və oğluna 300 min funt sterlinq qoyub gedib.

Cameronun sözlərinə görə, o bu pulların ofshor şirkət yolu ilə əldə edilib-edilməməsindən xəbərsizdir.

“Panama sənədləri” adlı hesabata əsasən Yan Cameron ofşor investisiya fondları vasitəsi ilə vergidən yayınıb.

Qeyd edək ki, “Panama sənədləri”ndə 12 dünya liderinin adı hallanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG