Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:39

-

«Goranboy rayonunun sərhəd kəndlərində Ermənistan Silahlı Qüvvələrinin vurduğu ziyanın həcmi müəyyənləşdirilir».

APA-nın xəbərinə görə, bunu Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elçin Cahangirov deyib.

E.Cahangirovun bildirməsinə görə, komissiya əməkdaşları aprelin 2-dən 5-dək erməni silahlı birləşmələrinin artilleriya atəşinə tutduğu Tapqaraqoyunluda araşdırma aparırlar.

İlkin məlumata görə, kənddə 9 fərdi ev tamamilə dağılıb. 39 evə qismən, 32 evə isə az ziyan dəyib. Bundan başqa, iki iaşə obyekti tam, biri isə qismən dağıdılıb. Həmçinin, kəndin elektrik, qaz və yol təsərrüfatına xeyli ziyan dəyib.

Prezident İlham Əliyev aprelin 6-da demişdi ki, son günlər Azərbaycanın cəbhəboyu yaşayış məntəqələrində bütünlükdə 300-dən çox ev tamamilə dağıdılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG