Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:21

-
Bakıda avtobuslar toqquşub.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində «Diqlas» Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.

103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Nizami Rayon Polis İdarəsindən bildirilib ki, qəza zamanı ölən piyada olub. Qəza anında o, yolu keçirmiş. Ölənin kimliyi, hələlik, məlum deyil.

Polisdən həmçinin bildirilib ki, qəza zamanı 10 nəfər yaralanıb.

7 NƏFƏR XƏSTƏXANADA

Bakının Nizami rayonu ərazisində iki marşrut avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan 7 nəfər 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

«Trend»in xəbərinə görə, hazırda yaralılardan 1 nəfərin vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib. Qalan 6 nəfərin vəziyyəti isə kafi qiymətləndirilir.

Hadisə yerinə yenidən təcili tibbi yardım briqadası göndərilib və yaralıların sayının çox olduğu deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG