Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:53

Hökumətin böhrandan çıxış planı niyə yoxdur?


Mehriban Əliyeva
Mehriban Əliyeva

-

Cəbhədəki vəziyyət, iqtisadi çətinliklər və yay qayğıları bu gün medianın əsas diqqətində duran mövzulardır.

M.ƏLİYEVA: «ONLAR QƏHRƏMAN KİMİ YAŞAYACAQ»

«Azərbaycan» qəzeti son günlər Qarabağ cəbhəsindəki döyüşlərdə həlak olanlara Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından verilən ehsan mərasimindən bəhs edən yazı dərc edib. Yazıda prezidentin xanımının həmin mərasimdəki çıxışına da yer verilib. M.Əliyeva döyüşdə həlak olan hərbiçilərin anaları və xanımları qarşısında deyib:

«Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun, övladlarımız gənc yaşlarında dünyalarını dəyişsinlər. Biz istəyirik ki, torpaqlarımız azad edilsin. Biz istəyirik ki, insanlarımız öz doğma yurdlarına qayıtsın. Biz işğalçı deyilik, biz işğalla mübarizə aparan millətik. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq».

Əli Kərimli
Əli Kərimli

«​BU İMTAHANDAN KƏSİLƏN HÖKUMƏT OLDU»

«Azadlıq» qəzetində «Bu imtahandan kəsilən hökumət oldu» başlıqlı yazı dərc edilib. AXCP sədri Əli Kərimlinin qələmindən çıxan bu yazıda da son günlər cəbhədə yaranmış vəziyyət təhlil edilir.

Ə.Kərimli yazır ki, Dağlıq Qarabağ münaqişəsində həmişə olduğu kimi, hakimiyyət bu dəfə də qətiyyətsizlik göstərib. «Canı ilə, qanı ilə vətənin müdafiəsinə səfərbər olunmuş xalqı yarı yolda qoydu, xalq nə etsin? Seçmədiyi hökumətin addımlarına görə xalqı məzəmmət etmək doğru deyil. Dövlətlə hökuməti qarışdırmayaq. Qarşılaşdığımız heç bir haqsızlıq bizi dövlətimizə küsdürə bilməz. Hökumət yaxşı da olsa, korrupsioner, avtoritar və kriminal mahiyyətli də olsa, ordu öz işini görməlidir. Millət də ordusuna sahib çıxmalıdır. «3 günlük» savaşda millət, hökumət, ordu üçbucağında millətimiz və ordumuz sınaqdan üzüağ çıxdı. Etməli olduğunu etdi. Müxalifət də bu millətin bir parçası olaraq millətinin, dövlətinin, ordusunun yanında oldu. Başqa necə ola bilərdi ki? Bu imtahandan da kəsilən yenə hökumət oldu»,-deyə Ə.Kərimli yazır.

Nazirlər Kabineti
Nazirlər Kabineti

HÖKUMƏT NƏYİ GÖZLƏYİR?

«Novoye Vremya» qəzeti isə ölkə iqtisadiyyatının hazırkı durumunu dəyərləndirib. «Dünya Bankından təsəlliverici olmayan proqnoz» adlı məqalədə qeyd edilir ki, bu illər ərzində iqtisadiyyatda şaxələnmə prosesi getməyib. Üstəlik, neftin dəyəri hələ də aşağıdır: «Başqa maliyyə mərkəzlərinin də fikirləri oxşardır. Təəccüblü deyil ki, onlar da öz proqnozlarını neftin qiyməti ilə əlaqələndirirlər. Görünür, maliyyə mərkəzləri də sürətli templə iqtisadiyyatın şaxələnməsinə yeni vüsət veriləcəyinə inanmırlar».

Yazıda Dünya Bankının bədbin proqnozu da yer alır: «Əgər bankın proqnozları builki büdcə üçün özünü doğrultsa, qarşıdakı illərdə iqtisadiyyatın artımına nail olmaq daha da çətinləşəcək».

Məqalədə neftin qiymətinin yenidən qalxacağı yönündə rəsmi Bakının gözləntiləri əsassız sayılır: «Niyə indiyə kimi ölkənin böhrandan çıxması üçün plan yoxdur? Belə düşünmək olar ki, Nazirlər Kabineti neftin qiymətinin artmasını gözləyir. Nazirlər Kabinetinin belə fəaliyyətsizliyi ilə iqtisadiyyat Dünya Bankının göstərdiyi faizlərdən də çox azala bilər. Bu, aydın deyilmi?».

Çimərlik
Çimərlik

ÇİMƏRLİKLƏR ZƏBT EDİLİB. NƏ EDƏK?

«Exo» qəzeti isə qarşıdan yay fəslinin, çimərlik mövsümünün gəlməsini xatırladır. Qəzet Xəzər çimərliklərinin vəziyyətini araşdırıb.

«Çimərliklərin zəbt olunması davam edir» adlı məqalədə bu sahədə vəziyyətin ürəkaçan olmadığı qeyd edilir.

«Sahilboyu hasarlar sökülməyib. Odur ki, bu il çimərliklərə problemsiz daxil olmaq mümkün görünmür. Lap bu günlərdə dəniz boyu gəzdim, istirahət, çimərlik üçün nəzərdə tutulan yerlər hasardadır. Hətta irihəcmli cərimələr belə qanunu pozanları qorxutmur», - deyə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetə bildirib.

E.Hüseynov deyib ki, kiçik bir araşdırma ilə qanunları kimin pozduğunu üzə çıxarmaq olar: «Əgər qanun yerinə yetirilmirsə, bu, artıq korrupsiyanın əlamətidir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG