Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:47

Atəşkəs 110 dəfə pozulub


Qarabağda erməni əsgəri.
Qarabağda erməni əsgəri.

-
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan sutka ərzində atəşkəsi 110 dəfə pozub.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan rayonunun Dovex, Voskepar, Barekamavan, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Məzəm, Qaymaqlı və Qızılhacılı kəndləri atəşə tutulub.

Habelə, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndinin, Krasnoselsk, Sisian rayonları ərazisindəki adsız yüksəkliklərdən Gədəbəy və Culfa rayonları ərazisindəki mövqelərin vurulduğu deyilir.

Nazirliyin bildirməsinə görə, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Qaraqaşlı və Mərzili kəndləri də atəşə tutulub.

Bundan başqa, Xocavənd, Füzuli, Cəbrayıl və Göygöl rayonundakı bir sıra mövqelərin də atəş altında qaldığı bildirilir.

Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfin mövqe və səngərlərinə cavab zərbələri endirib.

XS
SM
MD
LG