Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 09:18

-

Tovuz rayonunun Molla Ayrım kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib.

«Report»un xəbərinə görə, hadisə nəticəsində bir ailənin 6 üzvü və onlara qonaq gələn 1 qadın zəhərlənmə diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Zərərçəkənlərin yaxınlarının deməsinə görə, meşədən yığılan yabanı pencərdən hazırlanan kətəni yedikdən sonra ailə üzvlərinin orqanizmində narahatlıq yaranıb. Zəhərlənənlərdən 3-ü azyaşlıdır. Onlara ilkin tibbi yaradım göstərilib.

Xəstəxanadan verilən məlumata görə, uşaqların səhhəti normaldır. Ancaq zəhərlənənlərdən ən yaşlısı 74 Zərnişan Məmmədovanın vəziyyəti ağır olaraq qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG