Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:21

-

Dünya Bankı Azərbaycana 140 milyon dollar həcmində kredit ayırıb. Aprelin 7-də “Azəravtoyol” ASC-də Dünya Bankı ilə “Azərbaycan magistral avtomobil yolu - 3” layihəsinə əlavə maliyyələşdirmə üzrə kredit sazişi imzalanıb.

Bu haqda “Azəravtoyol”-un saytı xəbər verir.

Sazişə əsasən, layihədə Azərbaycan hökumətinin payı 43,5 milyon dollar təşkil edəcək. Kredit məbləğinin 3 komponentin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Bu, magistral yolların istismarı islahatlarının dəstəklənməsi, layihənin idarə edilməsi, institusional dəstək və magistral yolların tikintisi komponentləridir.

Layihə çərçivəsində Bakı-Şamaxı avtomobil yolunun müxtəlif hissələri yenidən qurulacaq.

Bakı-Şamaxı yolu 2009-cu ilin sonunda yenidən istifadəyə verilib. Bu yolun yenidən inşasına 2008-ci ildə başlanmışdı.
Rəsmi qurumlar bu yolun inşasına həmin vaxt ilkin olaraq 78 milyon manat vəsait ayrıldığını bildirirdilər. Həmin vəsaitin 80 faizi Dünya Bankının, 20 faizi isə Azərbaycan hökumətinin payına düşürdü.

Azad İqtisadiyyata Yardım ictimai birliyinin araşdırmasında isə o yola bütünlükdə 200 milyon manat vəsait xərcləndiyi iddia olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG